Ərdoğan yeni hücumun ANONSUNU VERDİ

Ərdoğan yeni hücumun ANONSUNU VERDİ


Türkiyə yaxın vaxtlarda Suriyada Fəratın şərqində PKK/YPG terror təşkilatına qarşı əməliyyata başlayacaq.

ONN media Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Fəratın şərqində terror strukturunun yaradılmasına icazə verməyəcəyik, biz onu addım-addım təmizləyərək dağıdacağıq. Bu istiqamətdə hazırlıqları tamamladıq. Bir gecə qəfil gələ bilərik”, - Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

Türkiyə prezidentinin sözlərinə görə, Fəratın şərqində təhlükəsizlik zonasını yaratmaq niyyətindədir.

Geri qayıt