Paşinyan yeganə namizəd oldu
Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin rəhbəri vəzifəsinə yeganə namizəd olub.
ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Knyaz Saroyan bildirib:
“Namizədlik irəli sürmə müddəti başa çatıb. Baş nazir postuna iddialı Paşinyandan başqası yoxdur”.
Oktyabrn 24-də parlament Paşinyanın hökumət rəhbərliyinə namizədliyini rədd etmişdi. Paşinyan oktyabrın 16-da postundan istefa verib.
