Avtomobil dayanacağa girdi - Azyaşlılar xəsarət alıb

Avtomobil dayanacağa girdi - Azyaşlılar xəsarət alıb


ABŞ-ın Florida ştatının Tampa şəhərində sürücü avtomobilini yüksək sürətlə məktəb avtobusunun dayanacağına sürüb.

ONN media  xəbər verir ki, nəticədə dayanacaqda avtobus gözləyən beş nəfər, o cümlədən üç azyaşlı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Sürücü polis tərəfindən saxlanılıb.

Geri qayıt