"Atəş açacağıq” - Trampdan miqrantlara

Prezident Donald Tramp Cənubi Amerika ölkələrindən ABŞ-a doğru gələn miqrantlara xəbərdarlıq edib.
ONN media xarici KİV-ə istinadən xəbər verir ki, miqrantlar amerikalı əsgərlərə daş atacaqları təqdirdə prezident təhlükəsizlik qüvvələrinin atəş açmaqla cavab verəcəyini bildirib.
Tramp Ağ Evdə təşkil etdiyi mətbuat konfransında bəzi miqrantların Meksika hərbçilərinə daş atdığını xatırladaraq daşla silah arasında böyük fərq olmadığını, bu səbəbdən də ABŞ-ın belə bir məsələdə güzəştə getməyəcəyini vurğulayıb.
Qeyd edək ki, daha əvvəl Tramp açıqlamasında miqrantların ABŞ-a girişinə izn verməyəcəyini və Meksika sərhədinə 10-15 min əsgər göndərəcəklərini demişdi.
BMT Mərkəzi Amerikadan ABŞ-a getmək üçün yola çıxan “miqrant karvanı”na 7 mindən çox insanın qatıldığını açıqlamışdı.