Sarkisyanın yaxın qohumu səfir vəzifəsindən çıxarıldı

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Vatikandakı səfir postundan geri çağırılıb.
ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, bu barədə işğalçı dövlətin prezidenti Armen Sarkisyanın rəsmi saytında yazılıb: “Mikael Manisyan Müqəddəs Prestol, Portuqaliya və Maltadakı fövqəladə və səlahiyyəti səfiri vəzifəsindən azad edilsin”.
Minasyan Ermənistanın Vatikandakı səfiri vəzifəsinə 2013-cü ildə təyin edilib.