Türkiyəli məşhur müğənni ilə aktrisa nişanlandı
Türkiyəli iki məşhur – aktrisa Deniz Baysalla “Kolpa” qrupunun solisti Barış Yurtçu nişanlanıb.
ONN media xəbər verir ki, iki ildir sevgili olan cütlük evliliyə doğru ilk addım atıblar.
Bildirilir ki, İzmirdə baş tutan sadə nişan mərasimində onların ailə üzvləri və yaxınları iştirak edib.
Qeyd edək ki, D. Baysalın 27, müğənninin isə 35 yaşı var.
[embed]https://www.youtube.com/watch?v=J5gHhSopegg[/embed]
