Qonşu ölkədə zəlzələ oldu

Qonşu ölkədə zəlzələ oldu


Noyabrın 5-də saat 17:36-da Tbilisidə zəlzələ olub.

ONN media  xəbər verir ki, yeraltı təkanların gücü Rixter cədvəli üzrə 2.9 bal gücündə olub.

Zəlzələnin episentri Gürcüstanın paytaxtı Tbilisidən 11 kilometr aralıda Patara Lilo ərazisində olub. Şəhərin Varketili və Lilo rayonlarında yeraltı təkanlar daha çox hiss edilib.

Dağıntı və tələfat barədə hələlik heç bir məlumat yoxdur.

Geri qayıt