Ağır yol qəzası - 15 ölü
Perunun cənubunda sərnişin avtobusu mikroavtobusla toqquşub.
ONN media xəbər verir ki, toqquşma nəticəsində ən az 15 nəfər ölüb, 39 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri araşdırılır. İlkin məlumatlara görə, mikroavtobus sürücüsü qəzaya səbəb olub, o, sürət həddini aşaraq qarşıdakı zolağa çıxıb.
