“Taliban” hücumu - 10 -dan çox ölü

“Taliban” hücumu - 10 -dan çox ölü


Əfqanıstanın şərqində Qazni əyalətində “Taliban” radikal hərəkatının döyüşçüləri ilə əfqan hərbçiləri arasında toqquşma baş verib.

ONN media xəbər verir ki, nəticədə 13 əfqan hərbçisi və polis işçisi dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Əyalətin qubernatoru Məhəmməd Aref Nuri açıqlamasında bildirib ki, döyüşçülər Malistanda nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Ölənlərdən 7-si əsgər, 6-sı milis işçisidir.

Terrorçular arasında da itki yaşanıb. Azı 22 döyüşçü öldürülüb, 15-i yaralanıb.

Geri qayıt