Məktəbli avtobusu zibil maşınıyla toqquşdu: 9 şagird...

ABŞ-ın Merilend ştatında məktəbli avtobusu qəzaya uğrayıb.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, avtobusun zibil maşını ilə toqquşması nəticəsində 9 şagird xəsarət alıb.
Avtobusda olan 39 şagirddən 9-u, həmçinin sürücü xəstəxanaya yerləşdiriliblər. Onların həyatının təhlükədə olmadığı bildirilir. Polis qəzanın səbəblərini araşdırır.