DƏHŞƏT- Bir ailənin 8 üzvü külə döndü

DƏHŞƏT- Bir ailənin 8 üzvü külə döndü


Rusiyanın Kemerovo bölgəsinin Yurqa şəhərində fərdi evlərdən birində baş verən yanğında 8 nəfər həlak olub.

ONN media Axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli istintaq orqanları informasiya yayıb.

Məlumata görə, yanğın barədə məlumat gecə 4 radələrində daxil olub. Bir saat ərzində söndürülən yanğın zamanı bir nəfər yanğınsöndürən də yaralanıb.

Qeyd edək ki, həlak olanların hamısı eyni ailənin üzvləridir. Yanğından sadəcə 42 yaşlı qadın xilas edilib. Yanğın zamanı ailə üzvləri - 72 yaşlı nənə, 30 yaşlı otaq yoldaşı, 3 uşaq və 3 nəvə həlak olub.

Geri qayıt