İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat: 24 nəfər saxlanıldı

Türkiyədə İŞİD terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.
ONN media xəbər verir ki, bu barədə Diyarbəkir Respublika Prokurorluğu məlumat yayıb.
Ölkənin 11 əyalətində aparılan reydlər zamanı 24 nəfər saxlanılıb. Həmin şəxslər Suriya, Livan, İraq, İndoneziya və Liviyadakı bölmələrinə maliyyə vəsaitlərinin transferində şübhəli bilinir.
Saxlaınlan şəxslərdən ümumilikdə 579 min 608 ABŞ dolları, 5 min 285 avro, 1 milyon 4 min 885 türk lirəsi, 36 mobil telefon, 18 kompüter və 10 sərt disk götürülüb.