Rayon rəhbəri terrora görə həbs edildi

Türkiyənin İstanbul şəhərində terrora qarşı mübarizə ilə bağlı əməliyyat keçirilib.
ONN media xəbər verir ki, əməliyyat çərçivəsində İstanbulun Fateh rayonunun keçmiş rəhbəri M.T. həbs edilib.
PKK terror təşkilatının fəaliyyətinin üzə çıxarılması istiqamətində aparılan əməliyyatda sözügedən şəxsin evindən təşkilata aid sənəd və materiallar götürülüb.