İrəvanda çarəsizlik- Ya ABŞ ya da...
İrəvanın İranla münasibətlərini minimuma endirməsi üçün ABŞ-ın Ermənistana təzyiqləri davam edəcək.
ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Daşnaksütyun Partiyasının Siyasi Məsələlər üzrə rəhbəri Kiro Manoyan deyib.
"Təzyiqlər davam edəcək. ABŞ-da bu cür qərar verilib. Bu qərarın nə dərəcə ədalətli olması başqa məsələdir. Bizim üçün məsələ çox çətindir. Eyni anda həm ABŞ-ı razı salıb, həm də İranla münasibətləri qorumaq olmaz. Yeganə yol ABŞ-dakı erməni diasporunun Ermənistanın heç bir alternativinin olmamasını Vaşinqtona anlada bilməsidir", - deyə o bildirib.
