Hərbi zavodda dəhşətli yanğın

Hərbi zavodda dəhşətli yanğın


Rusiyanın Yekaterinburq şəhərindəki "Vektor" hərbi zavodunda yanğın baş verib.

ONN media xəbər verir ki, yanğın zavodun dam örtüyündə olub, sonra havalandırma sisteminə keçib.

Yanğının əhatə sahəsi hələ məlum deyil.

Müəssisənin əməkdaşları təxliyə edilib. Zavodda 300-400 nəfər işçi çalışır.

Qeyd edək ki, "Vektor" zavodu hərbi təyinatlı rabitə aparatları və radiolokasiya stansiyalarının istehsalında ixtisaslaşıb.

Geri qayıt