Dəhşətli yol qəzası baş verdi - 12 ölü
Mavritaniyanın cənub-qərbində iki sərnişin avtobusu toqquşub.
ONN media trend -ə istinadən xəbər verir ki, avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb, 44 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza nəticəsində ölənlər və xəsarət alanlar Mavritaniya, Mali və Nigeriya vətəndaşları olub.
Bildirilir ki, ölənlər və yaralananların sayı arta bilər.
