Dünyada bir ilk: Robot aparıcı xəbərləri təqdim etdi

Dünyada bir ilk: Robot aparıcı xəbərləri təqdim etdi


Çində təşkil edilən “Dünya İnternet Konfransı”nda yenilik olub.

ONN media ölkə.az -a istinadən xəbər verir ki,  “Xinhua News” kanalının aparıcısı Janq Jaoya bənzədilən robot aparıcı özünü tanıdaraq açılış niqti söyləyib.

Kanalın ingilis dilli xidmətində bundan sonra xəbərləri insana  bənzəyən robot təqdim edəcək.

“Hamıya salam. Mən ingiliscə süni intellekt aparıcısıyam. Bu mənim “Xinhua News” kanalında ilk günümdür. Görünüşüm və səsim Janq Jaoya bənzidilib”, - deyə robot çıxışında bildirib.

Geri qayıt