Ev kirayəsindən bezən cütlükdən qeyri-adi ADDIM

İngiltərənin Nottingham şəhərində yaşayan cütlük iş ilə əlaqədar Frandaya köçməli olub.
ONN media metbuat.az -a istinadla bildirir ki, olduqca ucuz bir həyat qurmağa çalışan ikili yaşayış ərazilərini bir kamazda inşa ediblər.
İnternetdən 4 min 600 dollara köhnə çörək kamazı satın alan cütlük 25 min dollar xərcləyərək sadə bir həyata addım atıblar. Təxminən 4 ay müddətində hədəflərinə çatmaq üçün durmadan çalışıb, bütün təmir işləri ilə özləri məşğul olub.
Kamazı təmir etdikdən sonra fotolarını sosial şəbəkə hesablarında paylaşıblar. Bu kiçik, şirin evin fotoları minlərlə dəfə paylaşılıb və bəyənilib.