Yük gəmisi ilə hərbi gəmi toqquşdu - 137 nəfər təxliyə edildi

Yük gəmisi ilə hərbi gəmi toqquşdu - 137 nəfər təxliyə edildi


Norveç sahillərində yük gəmisi ilə hərbi gəmi toqquşub.

ONN media xəbər verir ki, qəza zamanı hər iki gəmidən ümumilikdə 7 nəfər xəsarət alıb. Zərbənin təsirindən ciddi zədə alan hərbi gəmiyə su sızıb. Xilasedicilər batmaq təhlükəsi ilə üzləşən gəminin 137 nəfərlik heyət üzüvünü təxliyə edib.

Yük gəmisində olan neftin dənizə sızıb-sızmadığı isə məlum deyil. Qəzanın səbəbləri araşdırılır.

Geri qayıt