Türkiyə daha 2 şəhid verdi - SON DƏQİQƏ

Türkiyə daha 2 şəhid verdi - SON DƏQİQƏ


PKK terror təşkilatı Şırnak vilayətində yenidən hücum təşkil edib.

ONN media xəbər verir ki, kustar üsulla hazırlanan bombalar vasitəsilə təşkil edilən hücumda 2 türk əsgəri şəhid olub, 5-i yaralanıb.

Təhlükəsizlik mənbələrindən əldə edillən məlumata görə, hadisə təhlükəsizlik qüvvələrinin ərazidə axtarış fəaliyyətləri əsnasında baş verib.

Yaralı əsgərlər helikopterlərlə xəstəxanaya çatdırılıb. Hadisə yerində genişmiqyaslı əməliyyat başladılıb.

Geri qayıt