Təhlükəsizlik xidmətinin 36 işçisi saxlanıldı

Təhlükəsizlik xidmətinin 36 işçisi saxlanıldı


Efiopiyada təhlükəsizlik xidmətinin 36 əməkdaşı saxlanılıb. Onlar rüşvətxorluqda və insan haqlarını pozmaqda ittiham edilirlər.

ONN media xəbər verir ki, bu barədə Efiopiyanın baş prokurorluğu məlumat yayıb.

Beş ay aparılan istintaq müddətində polis Əddis-Əbəbədə yeddi qeyri-qanuni yeraltı həbsxana aşkar edib. Bu həbsxanaların işgəncələr üçün istifadə olunduğu güman edilir.

Geri qayıt