Çavuşoğludan fransalı nazirə SƏRT SÖZLƏR: Həddini aşma, Ərdoğanı səhv salma
Fransa Xarici İşlər naziri Jan İv Lö Drian hər şeydən əvvəl həddini aşıb, bir prezidentlə necə danışacağını bilməlidir.
ONN media axar.az -a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu Drianla mütəmadi olaraq görüşdüklərini, ancaq fransız nazirin həqiqətləri demədiyini vurğulayıb: "Öz liderləri ilə cənab Rəcəb Tayyib Ərdoğanı səhv salmasın".
Qeyd edək ki, Drian Ərdoğanı qətlə yetirilən jurnalist Camal Qaşıqçı məsələsi üzərindən siyasi oyunlar oynamaqda ittiham edib.
