Türkiyə sərhədi yaxınlığında PARTLAYIŞ - 24 yaralı
Suriya-Türkiyə sərhədi yaxınlığında, Cerablus şəhərində partlayış törədilib.
ONN media xarici mətbuata istinadən xəbər verir ki, partladıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb.
Qeyd edək ki, Cerablus qanunsuz hərbi birləşmələrin və “Cəbhət ən-Nüsrə” terror təşkilatının nəzarətindədir.
