Şəhərdə fövqəladə hal: Xlorid turşusuna büründü

Şəhərdə fövqəladə hal: Xlorid turşusuna büründü


Almaniyanın Frankfurt şəhərində fövqəladə hadisə baş verib.

ONN media xəbər verir ki, şəhərin Grieşeym sənaye bölgəsində xlorid turşusunun sızması hadisəsi qeydə alınıb.

Şəhər sakinlərinin qapı və pəncərələrini qapalı saxlamasına dair xəbərdarlıq edilib.

Frankfurt şəhər yanğınsöndürmə mərkəzi sənaye bölgəsində baş verən sızıntını təsdiq edib.

Qeyd edək ki, xlorid turşusu laboratoriyalarda istifadə edilən çox güclü, aşındırıcı bir maddədir. Bu turşunun nəfəsə daxil olması burun, göz və nəfəs borusunda ciddi problemlərə yol açır.

Geri qayıt