Tiflisdə dəhşətli partlayış: Ana və qızı həlak olub - Azərbaycanlı ailə isə...
Gürcüstanın paytaxtı Tiflisin Poniçala qəsəbəsində yerləşən yaşayış binasında qaz sızması səbəbindən baş verən partlayış nəticəsində ana və azyaşlı qızı həlak olub.
ONN media axar.az -a istinadən xəbər verir ki, meyitlər dağılmış beton plitələrin altında aşkar edilib.
Qeyd edək ki, partlayış səhər saatlarında baş verib. Olay nəticəsində binanın 3 və 4-cü mərtəbələri tamamilə dağılıb.
Bədbəxt hadisə zamanı azərbaycanlı ailə də xəsarət alıb.
