Tramp məhkəmədə uduzdu

Vaşinqton məhkəməsi CNN telekanalının jurnalisti Cim Akostanın Ağ Evə akkreditasiyasının bərpa olunmasına qərar verib.
ONN media xəbər verir ki, məhkəmənin qərarında jurnalistin bu hüququnun “dərhal” bərpası göstərilib.
Qeyd edək ki, Akostanın akkreditasiyası onun mətbuat konfransında prezident Donald Trampa ardıcıl bir neçə sual verməsindən sonra ləğv edilmiş və o, Ağ Evdən qovulmuşdu. CNN isə buna cavab olaraq Trampı məhkəməyə vermişdi.