Nazir müavini ağır qəza törətdi
Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ONN media oxu.az -a istinadən xəbər verir ki, qəza nəticəsində ölkənin təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixail Qiorqadze çoxsaylı ağır xəsarətlər alıb.
Nazir müavini xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.
Bildirilir ki, Qiorqadzenin idarə etdiyi avtomobil ağaca çırpılıb.
