Vulkan püskürdü - Əhali təxliyyə olunur

Qvatemalada püskürən Fueqo vulkanına yaxın ərazilərdən son saatlar ərzində azı 2995 sakin təxliyyə olunub.
ONN media xəbər verir ki, yaxından keçən böyük avtomobil yolu bağlanıb.
Daha əvvəl Milli Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Xidməti (Coordinadora Nacional Para la Reduccion de Desastres - CONRED) vulkanın püskürməsi ilə bağlı “qırmızı” təhlükə elan edərək Eskuintla, Çimaltenanqo, Sakatepekes departamentlərinin yerli hakimiyyətlərini və bələdiyyələrini əhalinin təxliyyəsinə başlamağa çağırmışdı.
Qeyd edək ki, bu il iyun ayında Fueqo vulkanının güclü püskürməsi nəticəsində 160-dən artıq insan ölüb, təqribən, 1,7 milyon sakin ziyan çəkmişdi.