Mədəndə partlayış- Yaralananlar var

Türkiyənin Zonquldağ şəhərində mədəndə partlayış baş verib.
ONN media-nın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ağır yaralanıb və şəhər xəstəxanalarından birinə yerləşdirilib.
Qeyd edilir ki, hazırda mədəndə köməksiz vəziyyətdə qalmış 3 nəfərin xilas edilməsi üzrə işlər davam etdirilir.
Partlayışın səbəbi barədə məlumat verilmir.