Məhkəmə Saakaşvili ilə bağlı QƏRAR VERDİ

Tiflis Apelyasiya Məhkəməsi keçmiş prezident Mixail Saakaşvili barəsində birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
ONN media “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda iş üzrə prokuror Arçil Tkeşelaşvili bildirib.
Tiflis şəhər məhkəməsi bu ilin iyununda Saakaşvili barəsində 6 il qiyabi həbs cəzası çıxarmışdı. Keçmiş prezident 2005-ci ildə sabiq deputat Valeri Qelaşvilinin döyülməsində ittiham olunur.
Arçil Tkeşelaşvilinin sözlərinə görə, məhkəmə Saakaşvili üçün cəzanın sərtləşdirilməsi haqqında prokurorluğun xahişini təmin etməyib.