Türkiyədən SƏRT XƏBƏRDARLIQ: Həmin an cavabını verəcəyik!
Şərqi Aralıqda Şimali Kipr Türk Cümhuriyyətinin, ölkəmizin mənafeyinə zidd istənilən addıma qarşı Türkiyə həmin an lazımi tədbirlər görəcək.
ONN media xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
“Dənizdəki haqq və mənfəətlərimizidən bir qarış belə geri çəkilməyəcəyimizi bütün dünya bilməlidir”, - deyə baş nazir bildirib.
