ABŞ ilə bu ölkə arasında gediş-gəliş bağlana bilər
ABŞ Prezidenti Donald Tramp Meksikadan qanunsuz miqrant axınına görə bu ölkə ilə sərhədi bağlayacaqlarını istisna etməyib.
ONN media report.az -a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı Şükran Günü bayramı münasibətilə getdiyi Florida ştatında jurnalistlərə bildirib.
“Vəziyyət müəyyən həddi keçsə, nəzarəti itirdiyimizi görsək, onda bir müddət, nəzarəti bərpa edənədək ölkəmizə girişi bağlamalı olacağıq. Bütün sərhəd boyu. Meksika ABŞ-a avtomobil göndərə bilməyəcək”, - o bildirib.
