Coli və Pitt razılığa gəldi

Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin uzun müddətdir davam edən məhkəmə çəkişməsi nəhayət müsbət həllini tapıb.
ONN media axsam.az -a istinadən xəbər verir ki, Coli və Pitt övladlarını böyütmək üçün ortaq məxrəcə gəliblər. Keçmiş sevgililər başa düşüblər ki, münaqişə yalnız onların övladlarına zərər gətirir.
Coli Bredin uşaqlar üzərində olan bütün haqlarını əlindən almaq üçün çalışıb. Amma indi o, aktyorla görüşə getmək məcburiyyətində qaldığını anlayıb.
Coli Pittin uşaqlarla istədiyi qədər vaxt keçirməsi haqda qanunun yer aldığı kağızı imzalayıb. Bundan sonra keçmiş ər və arvad mülklərini bölməyə çalışacaqlar.