Özbəkistanda Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başlayıb

Özbəkistanda Silahlı Qüvvələrin genişmiqyaslı təlimləri başlayıb


Bu gün Özbəkistanın Müdafiə Nazirliyi ilk dəfə bütün respublika üzrə ölkənin Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinə başlayıb.

ONN media xəbər verir ki, bu barədə Özbəkistanın Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Nümayəndə deyib: "Özbəkistan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının sərəncamına əsasən Müdafiə Nazirliyinin qoşunları təlim həyəcanı ilə qaldırılıb".

Onun sözlərinə görə, təlimlər 5 gün davam edəcək: "İndiyə kimi hərbi qulluqçuların belə miqyaslarda döyüş hazırlığının yoxlaması keçirilməyib".

Geri qayıt