Məşhur cütlükdən üzücü xəbər
8 illik birlikdəlikdən sonra ötən il sentyabr ayında Fransada rəsmi nikaha daxil olan TV 8-in rəhbəri, tanınmış teleaparıcı Acun İlıcalı və həyat yoldaşı Şeyma Subaşı bu gün boşanır.
ONN media xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Cütlüyün qarşılıqlı anlaşaraq boşanacağı bildirilir. Kanal D-də yayımlanan "2-ci səhifə” proqramının aparıcılarına mesaj yazan İlıcalı "boşanırıq, xəbərlər doğrudur” deyib.
Qeyd edək ki, cütlüyün Melisa adında qız övladları var.
