ABŞ bu kəndi də bombaladı: cəsədlər dağıntılar altında qaldı

ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor bölgəsində Əbu-Həsən kəndini də bombalayıb.
ONN media axar.az -a istinadən xəbər verir ki, bu barədə məlumat yayan Suriya dövlət televiziyası ABŞ-ın yeni cinayət törətdiyini bildirib.
Hücum nəticəsində çox saytda vətəndaşın həlak olduğu, cəsədlərin hələ də dağıntılar altında qaldığı bildirilib.
Qeyd edək ki, ABŞ koalisiyasının şənbə günü sözügedən bölgədə Hacin şəhərini də bombalayıb. Hava hücumunda 9-u uşaq olmaqla, 20 mülki vətəndaş həyatını itirib.