Nazir 30 min cərimə olundu

Nazir 30 min cərimə olundu


İspaniyanın Milli Fond Birjası Komissiyası (CNMV) şirkət məlumatlarından istifadə edərək səhmlərini satan xarici işlər naziri Jozef Borrelli 30 min avro cərimələyib.

ONN media qafqazinfo.az -a istinadən xəbər verir ki, CNMV-nin məlumatına görə, Borrell qazancını dələduzluq yolu ilə nazir olmazdan əvvəl – 2015-ci ildə əldə edib. Komissiya qərarına əsasən, Jozef Borrell “Abengoa” şirkətinə aid səhmlərini 9 min 30 avroya satıb. O, bu satışı şirkətin gizli məlumatlarından istifadə edərək gerçəkləşdirib. 

İspaniyanın enerji şirkəti olan “Abengoa” 2015-ci il noyabrın sonunda 6 milyard 300 milyon avro borcla ləğvetmə müddəti başlatdığını açıqlamışdı. Həmin ərəfədə səhmləri 60%-dən çox dəyər itirən şirkət müflisləşmənin qarşısını almaq üçün yatırımlarının 90%-ni bank və fondlara köçürmə yolu ilə yenidən maliyyələşməyə start vermişdi.

Geri qayıt