ONN media xəbər verir ki, Almaniya mətbuatına açıqlamasında o bildirib ki, jurnalistin qətli zamanı lentə alınmış audioyazıyla şəxsən tanış olub. “Kaşıkçını diplomatik missiyaya girəndən 7 dəqiqə sonra öldürüblər. Söhbət əvvəlcədən planlaşdırılmış qətldən gedir” - deyən diplomat, onun Ər-Riyada qayıtmaqdan imtina etdiyi üçün öldürüldüyünü bildirib.
Çavuşoğlunun sözlərinə görə, məhkəmə tibbi ekspert digər qatillərdən jurnalistin cəsədinin yarılması zamanı onun üçün musiqi qoyulmasını xahiş edib. “Səsdən hiss olunur ki, ekspert bu işi həzz alaraq görür. O, insanları parçalamağı sevir. Bu iyrənc bir əməldir”- deyə, diplomat qeyd edib.
Çavuşoğlu vurğulayıb ki, bir çox ekspertlər qətlin arxasında şahzadə Məhəmməd bin Salmanın dayandığını düşünür: “Biz əminik ki, qatillər birbaşa əmrlə bu işi görüb. Əlbəttə, bunu hələ sübut etmək lazımdır”