Körpü çökdü- 5 işçi dağıntılar altında qalıb

Türkiyənin Kocaeli vilayətində inşaatı davam edən körpü yolu çöküb. Nəticədə 5 işçi dağıntılar altında qalıb.
ONN media Türkiyə KİV-nə istinadən xəbər verir ki, hazırda ərazidə xilasetmə işləri aparılır.
Hadisə baş verən əraziyə çoxlu sayda təcili yardım maşınları cəlb olunub.