Ərdoğandan Putin və Poroşenkoya ZƏNG- Nə müzakirə edildi?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna liderləri – Vladimir Putin və Pyotr Poroşenko ilə telefonla danışıb.
ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, telefon söhbətlərində Kerç boğazı ətrafında baş verən son Rusiya-Ukrayna böhranı müzakirə olunub.
Hər iki tərəfi dinləyən və yaranan gərginliklə bağlı narahatlığını dilə gətirən Ərdoğan problemlərin diplomatik yollarla həll edilməsinin əhəmiyyətini vurğulayıb.
