Marneulidə nə baş verir?
Gürcüstan Daxili İşlər Nazirliyi Marneuliyə xüsusi təyinatlılar və zirehli texnika toplayıb.
ONN media Axar.az-a istinadla xəbər verir ki, bu məlumatı "Rustavi 2" televiziyası yayıb. Televiziya həmçinin Msxeta və Acariyada da müxalifət tərəfdarları ilə hökumət yanlılarının toqquşduğunu xəbər verib.
Pirveli TV-nin jurnalisti Tatya Çapiçadze də Tiflisin Qldani rayonunda hücuma məruz qalıb. Seçki pozuntusunu çəkmək istəyən zaman jurnalistə iki qadın hücum edərək, ona zərbə endiriblər.
