Donald Tuskdan SƏRT ÇIXIŞ: "Bu ölkəyə sanskiya tətbiq ediləcək"

Avropa Şurasının başçısı Donald Tusk Azov dənizində Rusiya ilə Ukrayna arasında başlanan böhranla bağlı açıqlama verib.
ONN media publika.az -a istinadən xəbər verir ki, Tusk Avropa Şurasının dekabr ayında Rusiyaya qarşı sanksiyaları genişləndirəcəyinə əmin olduğunu deyib.
“Aİ-nin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Buna görə də böhranla bağlı Rusiyaya müdafiə, enerji və bank sektorunda sanksiyalar tətbiq ediləcək”-, Tusk bildirib.
Qeyd edək ki, Donald Tusk 13-14 dekabr tarixlərində keçiriləcək Avropa İttifaqı Liderlər Zirvəsinə başçılıq edəcək.
Qeyd edək ki, Rusiyanın hərbi gəmiləri Azov dənizinin Kerç boğazında Ukrayna donanmasına aid 3 gəmiyə ölkənin su sərhədini pozması ittihamı ilə atəş açmışdı. Nəticədə, 6 ukraynalı əsgər yaralanmışdı. Rusiya Ukrayna gəmilərini və 24 nəfərlik heyətini əsri götürərək Krımdakı bazasına aparmışdı.