Günahsız məhkum 23 il sonra azadlığa qovuşdu

Günahsız məhkum 23 il sonra azadlığa qovuşdu


Çində 23 ili istintaq səhvi ucbatından həbsdə keçirmiş şəxs azadlığa çıxıb.

ONN media xəbər verir ki, hazırda 50 yaşı olan Tszin Çjehun 1995-ci ildə zorlama və qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib.

Yalnız 2014-cü ildə Çin Ali Məhkəməsi işə yenidən baxılmasını tələb etdikdən sonra bəzi təfərrüatlar məlum olub.

Belə ki, məhkum ittihamları işgəncə altında qəbul etdiyini bildirib. 4 il davam etmiş istintaq nəticəsində T.Çjehun azadlığa buraxılıb.

Geri qayıt