Güclü yanğın baş verib - 8 ÖLÜ

Güclü yanğın baş verib - 8 ÖLÜ


Çinin Kunmin şəhərində yanğın olub.

ONN media xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yerli xilasetmə qüvvələri yanğın yerini araşdırdıqdan sonra məlum olub ki, 5 nəfər bilavasitə yanğın səbəbindən dünyasını dəyişib, 3 nəfər isə yanğından xilas olmağa çalışarkən, binanın pəncərəsindən tullanarkən ölüblər.

Yanğın səbəbləri məlum deyil, araşdırma aparılır.

Geri qayıt