Türkiyədə GÜCLÜ PARTLAYIŞ

Türkiyənin Adana şəhərində güclü partlayış baş verib.
ONN media xəbər verir ki, hadisə şəhərin Seyhan rayonunda polis şöbəsinin yaxınlığında qeydə alınıb.
Əraziyə çoxlu sayda polis əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.
Ölən və yaralananlar barədə məlumat yoxdur.