Şvartseneggerdən Trampa sərt sözlər: Dəli prezident

Bəli, bizim dəli bir prezidentimiz var və Paris İqlim Müqaviləsindən kənarda qalır. Ancaq ABŞ Vaşinqtondakı bir liderdən daha artıqdır.
ONN media Kult.az -a istinadən xəbər verir ki, bunu keçmiş siyasətçi, məşhur aktyor Arnold Şvartsenegger bildirib.
"ABŞ-da bir çox dövlət qurumu Paris İqlim Müqaviləsinin tələblərini yerinə yetirməyə çalışır. Tramp müqaviləni qəbul etməsə də, ABŞ müqavilədə yer alır. Bizim Vaşinqtonda çox geri qalmış bir hökumətimiz var", - Şvartsenegger deyib.
Qeyd edək ki, G20 zirvəsində ABŞ Prezidenti Donald Tramp Paris İqlim Müqaviləsinə qarşı olduğunu bildirib.