Fransada QƏLƏBƏ- Dizel qiymətlərinə artırım ləğv edildi

Fransada QƏLƏBƏ- Dizel qiymətlərinə artırım ləğv edildi


Fransada iki həftə davam edən etiraz nümayişləri başa çatmaq üzrədir.

ONN media xəbər verir ki, baş nazir Filipp dizel yanacaq vergisinin artırılması barədə qərarın təxirə salındığını açıqlamağa hazırlaşır. Bu barədə Fransa hökumətindəki mənbələr məlumat verib.

Qərar iki həftə əvvəl qəbul edilmişdi və etirazçılar böyük şəhərlərdə nümayiş keçirmişdilər. Bəzi bölgələrdə polis və etirazçılar arasında ciddi toqquşmalar da baş vermişdi. Minlərlə polis yaralanıb. Hadisələr nəticəsində ən azı 1 nəfər həlak olub. Digər tərəfdən də keçirilən sorğular Makronu dəstəkləyənlərin azaldığını bildirir.

Geri qayıt