İclasın təxirə salınmasının əsas səbəbi AÇIQLANDI

İclasın təxirə salınmasının əsas səbəbi AÇIQLANDI


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dekabrın 6-da gözlənilən iclasının təxirə salınması siyasi xarakter daşıyır”.
 

ONN media publika-ya istinadla xəbər verir ki, bu barədə “Sasna srer” partiyasından deputatlığa namizəd Stepan Qriqoryan deyib.

Onun sözlərinə görə, bu, Putinin Nikol Paşinyana dəstəyinin göstəricisidir.

“Məlumdur ki, Ermənistan rəhbərliyi təşkilatın 6 dekabrda gözlənilən iclasında baş katib məsələsinin öz xeyrinə həll olunacağına ümid edirdi, lakin bu olmaya da bilərdi. Bu isə seçki qabağı dövrdə Nikol Paşinyanın reytinqinə zərbə vura bilərdi”, - deyə o bildirib.

Geri qayıt