Trampdan OPEC ölkələrinə vacib mesaj
ABŞ prezidenti Donald Tramp OPEC ölkələrinin neftin tədarükünü indiki səviyyədə saxlayacağına ümid etdiyini bəyan edib.
ONN media xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb: “Dünya neftin qiymətinin yüksək olmasını istəmir. Ona bu lazım da deyil”.
Tramp əlavə olaraq OPEC-in neft hasilatını məhdudlaşdırmayacağına ümid etdiyini bildirib.
