Türkiyədə Koroğlunun 70 metrlik heykəli qoyulur

Türkiyənin Bolu şəhərində Koroğlu abidəsi qoyulacaq.
ONN media “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, heykəl Qazaxıstanlı heykəltəraş tərəfindən hazırlanaraq Türkiyəyə gətirilib.
Hündürlüyü 70 metr, ağırlığı 500 ton olan heykəlin açılışı yaxın zamanlarda olacaq.